32 milyon avroluq futbolçu özünü "Rusenborq"a təklif etdi

"Suonsi Siti"dən ayrılan Fil Dişi Sahili millisinin üzvü Uilfried Boni klubsuzdur.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı hücumçu agentlər vasitəsi ilə özünü Norveçin "Rusenborq" klubuna təklif edib. Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn klub Bonidən imtina edib.

Boni İngiltərə II Liqa təmsilçisi "Nyuport"da məşqlərə çıxır. O, gələcəyi ilə bağlı bunları deyib: "Hazırda agentim İtaliya və Türkiyədə klub axtarır. Ən yaxın zamanda yeni klub tapılacağına ümid edirəm".

Hollandiyanın "Vitess" klubunda parlayan forvard 2013-cü ildə 16 milyon avroya "Suonsi Siti"yə transfer olmuşdu. İki il sonra "Mançester Siti" Bonini 32,3 milyon avro qarşılığında heyətinə qatmışdı. 2017-ci ildə "Suonsi Siti" 13 milyon avro ödəyib, forvardı geri qaytarmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right