Kloppdan tarixi uğur

UEFA Super Kuboku uğrunda oyunda “Çelsi”ni məğlub edən “Liverpul” qalib olub.

Newsport.az-ın məlumatına görə, "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp üçün bu titul əlamətdar olub. 52 yaşlı mütəxəssis UEFA Super Kubokunu qazanan ilk almaniyalı baş məşqçi olub.

Daha öncə Almaniyadan olan 5 baş məşqçi UEFA Super Kuboku matçında uduzmuşdu.

Bundan əlavə, Yurgen Klopp baş məşqçi karyerasında 800-cü oyununa çıxıb. O, baş məşqçi karyerasına "Maynts"da başlayıb və 7 il bu klubda işləyib. Klopp 7 il Dortmund "Borussiya"sını çalışdırıb. Təcrübəli mütəxəssis 2015-ci ildə "Liverpul"un baş məşqçisi təyin edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right