"Yuventus"un futbolçusu rəsmən "Mançester Siti"də

"Yuventus"un futbolçusu Joau Kanselunun "Mançester Siti"yə keçidi rəsmiləşib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, portuqaliyalı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb. İngiltərə təmsilçisinin 5 il ərzində "Yuventus"a 37 milyon avro ödəyəcəyi bildirilib.

Bundan başqa, razılğa əsasən "Mançester Siti" Konseluya görə futbolçusu Danilonu "Yuventus"a pulsuz verib. Turin klubu 28 yaşlı oyunçu ilə 5 illik müqavilə imzaladığını açıqlayıb.

Qeyd edək ki, Kanselu ötən mövsüm "Yuventus"da  42 matçda 1 qol vurub, 5 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right