Rüfət Dadaşov yeni mövsüm ilk qolunu vurdu

Almaniya III Liqasında 4-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" evdə "Kayzerslautern"ə 3:2 hesabı ilə qalib gəlib.

Rüfət start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu Dadaşov vurub. Bu, 27 yaşlı futbolçunun cari mövsüm ilk qolu olub.

Münster klubu 7 xalla 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right