"Səbail"dən ayrılan futbolçu İsveç klubunda

Ötən mövsümün ikinci yarısını "Səbail"də keçirmiş Oke Akpoveta karyerasını İsveçdə davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, nigeriyalı forvard II Liqa təmsilçisi "Frey"ə transfer olub. Klub saytının məlumatına görə, 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Akpoveta 2016-cı ildə Danimarkanın "Lyonqbo" klubundan "Frey"ə icarəyə verilmişdi. O, həmin il 13 oyuna 10 qol vuraraq, komandanın ulduzuna çevrilmişdi.

Oke daha öncə 2014-cü ildə "Rəvan"da çıxış edib, 11 oyuna 1 qol vurub. Ötən mövsümün ikinci yarısını "Səbail"də keçirən forvard 9 oyuna 2 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right