"Leyptsiq" "Everton"un futbolçusunu transfer etdi

Almaniyanın "Leyptsiq" klubu növbəti transferini həyata keçirib.

Newsport.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi İngiltərənin "Everton" klubunun vingeri Ademola Lukmeni transfer edib. 21 yaşlı futbolçunun keçidi üçün 25 milyon avro təzminat ödənilib. Lukmenin transferi yaxın günlərdə rəsmən açıqlanacaq.

İngiltərənin U-21 millisinin üzvü 2017-ci ildə "Çarlton"dan "Everton"a 8,8 milyon avroya keçmişdi.

"Leyptsiq" gənc futbolçunu ötən il icarəyə götürmüşdü.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right