"Zidanın açıqlaması rəzalətdir" - Beylin agenti

Qaret Beylin agenti Conatan Barnet "Real"ın baş məşqçisi Zinəddin Zidanın Uels millisinin üzvünün Madrid klubundan ayrılacağı ilə bağlı açıqlama verməsinə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, agent fransalı mütəxəssisin dediklərini biabırçılıq adlandırıb:

"Zinəddin Zidanın dedikləri rəzalətdir. "Real" üçün bu qədər işlər görmüş futbolçu haqda belə şəkildə danışmamalı idi. Qaret getsə, yenə diqqət mərkəzində olacaq".

Zinəddin Zidan bu gün keçirdiyi mətbuat konfransında 29 yaşlı vingerin klubdan ayrılacağını deyib.

"Real" Beyli 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right