AFFA-nın milliləşdirmək istədiyi futbolçu yığma komanda seçimini etdi

Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Orkun Kökcü milli komanda seçimini edib.

Newsport.az-ın məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi Türkiyə milli komandasında oynamağa qərar verib.

Orkun Kökcü Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökcünün qardaşıdır. AFFA-nın diqqət mərkəzində olan oyunçu Hollandiyanın U-19 millisinin kapitanı idi. 

"Qroningen"in yetirməsi olan gənc yarımmüdafiəçi 2014-cü ildə "Feyenoord"un akademiyasına keçib. Orkun bir müddət öncə Rotterdam klubu ilə müqavilə müddətini 2023-cü ilə qədər uzadıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right