"Leyptsiq" PSJ-nin futbolçusu transfer etdi

Almaniyanın "Leyptsiq" klubu yeni transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Kristofer Nkunkunu transfer edib. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Frsanlı oyunçunun keçidi üçün parislilərə 13+2 milyon avro təzminat ödənilib. Gənc futbolçu yeni klubunda 18 nömrəli forma altında çıxış edəcək.

PSJ-nin yetirməsi olan Nkunku 2015-ci ildən əsas komandada çıxış edirdi. O, 78 oyuna 11 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right