"Atletiko"dan daha bir transfer

İspaniyanın "Atletiko" klubu növbəti transferini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi "Espanyol"un mərkəz müdafiəçisi Mario Ermosonu transfer edib. 24 yaşlı futbolçuyla 5 illik müqavilə imzalanıb. İspaniya millisinin üzvünün keçidi üçün 25 milyon avro təzminat ödənilib. Daha 4 milyon avro bonuslar şəklində ödəniləcək. Ermosunun növbəti satışından "Espanyol"a 20 faiz pay düşəcək.

Ermoso 2017-ci ildə "Real"dan "Espanyol"a 400 min avroya transfer olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right