PAOK-da gözlənilməz ayrılıq: Luçeksu komandanı tərk etdi

Yunanıstanı Çempionlar Liqasında təmsil edəcək PAOK-da baş məşqçi ayrılığı reallaşıb.

Newsport.az-ın məlumatına görə, komandanın çalışdırıcı Razvan Luçesku ilə yollar ayrılıb. Onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi qeyd edilib.

Rumıniyalı mütəxəssis Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə anlaşıb. Bu səbəbdən də onunla yollar ayrılıb.

50 yaşlı çalışdırıcı 2017-ci ildə PAOK-un baş məşqçisi təyin edilmişdi. Saloniki klubu ötən mövsüm 34 ildən sonra ilk dəfə çempion olmağı bacarmışdı.

Razvan məşhur rumıniyalı mütəxəssis Mirça Luçeskunun oğludur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right