İsveç millisinin üzvü "Qalatasaray"da

"Qalatasaray" daha bir transferi həll edib.

Newsport.az-ın məlumatına görə, Fransanın "Tuluza" klubu ilə müqaviləsi başa çatan Cimmi Durmaz İstanbul təmsilçisi ilə anlaşıb. Türkiyə əsilli isveçli futbolçu ilə 3 illik müqavilə imzalanıb.

"Qalatasaray" 30 yaşlı yarımmüdafiəçinin transferini tezliklə açıqlayacaq.

İsveç millisinin üzvü ötən mövsüm "Tuluza"da 36 oyuna 4 qol vurub, 1 assist edib.

Durmaz daha öncə Türkiyədə "Gənclərbirliyi" klubunda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right