"Sperantsa"nın "Neftçi" qarşısında üstünlüyü var" Petru Raku

Ötən mövsümün ikinci yarısında "Neftçi"də keçirmiş moldovalı müdafiəçi Petru Raku ölkəsinin mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı futbolçu Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Sperantsa"nın üstün formada olduğunu deyib:

"Neftçi"də oynamışam. Bu komandanı çox yaxşı tanıyıram. "Sperantsa"nın üstünlüyü odur ki, Moldova çempionatı davam edir. Azərbaycanda isə çempionat mayda bitib və istirahətdən yeni qayıdıblar".

Moldova millisinin üzvü "Şerif"dən "Neftçi"yə keçmişdi. "Ağ-qaralar"da iki oyun keçirən Rakunun yeni klubu bəlli olmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right