Emil Balayev penaltini dəf elədi

Qazaxıstan çempionatında XXIII turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi “Tobol” evdə Karaqanda “Şaxtyor”una 2:0 hesabı ilə qalib gəlib.

Emil start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 25 yaşlı qapıçı 73-cü dəqiqədə "Tobol"un qapısına təyin olunmuş penaltini dəf edib.

“Tobol” Premyer Liqanın turnir cədvəlində 29 xalla 2-ci pillədə qərarlaşıb.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right