"Real" Hazard transferini nə vaxt açıqlayacaq?

"Real" "Çelsi"dən Eden Hazardın transferini açıqlamağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, belçikalı yarımmüdafiəçi Avropa Liqasının finalından sonra Madrid klubuna keçəcək. Nəşrin iddiasına görə, "kral klubu" iyunun 3-də bu keçidi açıqlayacaq.

28 yaşlı futbolçu ilə 6 illik müqavilə bağlanacaq. Madridlilərin bu keçid üçün London təmsilçisinə 130 milyon avro təzminat ödəyəcəyi iddia edilib. Ulduz futbolçu həftəlik 450 min avro maaş alacaq.

Qeyd edək ki, Eden Hazard 2012-ci ildən "Çelsi"də çıxış edir. O, Bakıda keçiriləcək Avropa Liqasının finalından sonra yekun qərarını açıqlayacağını deyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right