Lionel Messi: "Liverpul"a məğlubiyyət Valverdenin günahı deyildi, məsuliyyət futbolçulardadır"

"Barselona"nın kapitanı Lionel Messi "Liverpul"la mübarizədən məğlub ayrılıb (3:0, 0:4), Çempionlar Liqasında mübarizəni yarımfinalda dayandırmalarından danışıb.

Newsport.az-ın məlumatına görə, argentinalı ulduz uğursuzluqda baş məşqçi Ernesto Valverdenin günahkar olmadığını deyib:

"Bu, hamımız üçün ağır zərbə oldu. Xüsusilə də, sonrakı oyun üçün meydana çıxanda hiss edildi. Doğrusu, özüm oxumamışam və görməmişəm, ancaq Valverdenin tənqid edildiyi deyilir. O, mükəmməl bir iş görür. "Liverpul"a məğlubiyyət Valverdenin günahı deyildi, məsuliyyət futbolçulardadır. Eyni şeyin təkrarlana biləcəyini bilirdik ("Barselona" ötən il də ÇL-də "Roma" ilə mübarizədə oxşar halla üzləşmişdi - red.) və oldu. Bir dəfə olar, ancaq ardıcıl iki il... Bəlkə də, mistik nəsə var. Cəmi 2 oyun uduzduq, qalan hər şey yolunda idi. "Valensiya"ya qarşı final? Sakitik. Həmişəki kimi hazırlaşırıq. İspaniya Kubokunda yaxşı oynadıq və bunu sona çatdırmalıyıq. Mövsümü iki kubokla bitirə bilərik. Bütün finalları qazanmalıyıq".

31 yaşlı futbolçu "Atletiko"dan ayrılmağa qərar verən Antuan Qrizmannın transferi ilə bağlı verilən sualı cavablandırmaq istəməyib.

"Barselona" - "Valensiya" oyunu bu gün Bakı vaxtı ilə 23:00-da keçiriləcək.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah