Niko Kovaçın əvəzinə iki alternativ variant

Almaniyanın "Bayern" klubu mövsümün sonunda baş məşqçisi Niko Kovaçla yolları ayırmağı düşünür.

Newsport.az "RMC Sport"a istinadən xəbər verir ki, Münhen klubu xorvatiyalı mütəxəssisin əvəzinə PSJ-nin çalışdırıcısı Tomas Tuxellə "Ayaks"ın baş məşqçisi Erik ten Haqı alternativ görür. Xəbərdə Bundesliqa təmsilçisinin Tuxelin agentiylə ilk görüş keçirdiyi qeyd edilib.

Erik ten Haqın isə daha bir il "Ayaks"da çalışmaq istədiyi vurğulanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right