“Qalatasaray” liderlik şansını əldən verdi

Türkiyə Super Liqasında 30-cu tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son oyun günündə “Qalatasaray” səfərdə “Konyaspor”la qarşılaşıb.

Lider “Başakşəhər”in məğlub olduğu turda ilk pilləyə yüksəlmək şansı əldən edən “Qalatasaray” bu şansdan istifadə edə bilməyib. Belə ki, “Cimbom” rəqibinin müqavimətini qıra bilməyib və oyun 0:0 hesabı ilə bitib.

Hazırda “Başakşəhər” 62 xalla birinci, “Qalatasaray” 60 xalla ikinci, “Beşiktaş” isə 59 xalla üçüncü pillədədir.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right