"Atletiko" Çempionlar Liqasına vəsiqəni təmin etdi

İspaniya La Liqasında 33-cü turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, "Atletiko" səfərdə "Eybar"a 1:0 hesabı ilə qalib gəlib.

Qələbə sayəsində Madrid klubu növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak etməyi təmin edib. "Hindular" 5-ci pillədəki "Xetafe"ni sona 5 tur qalmış 17 xal qabaqlayır.

La Liqada turnir cədvəlinə 77 xalla "Barselona" başçılıq edir. "Atletiko" 68 xalla 2-ci, "Real" 61 xalla 3-cü, "Sevilya" 52 xalla 4-cü, "Xetafe" 51 xalla 5-cidir. 40 xalı olan "Eybar" 13-cü sırada qərarlaşıb.

"Eybar" - "Atletiko" - 0:1

Qol: Lemar, 85

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right