Emil Balayev oynadı, "Tobol" qalib gəldi

Qazaxıstan çempionatında V turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi “Tobol” səfərdə “Okjetpes”ə  2:1 hesabı ilə qalib gəlib.

Emil 90 dəqiqə meydanda olub.

Maksimum nəticə göstərən “Tobol” hazırda 15 xalla turnir cədvəlinə başçılıq edir.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right