Millinin üzvlərinə torpaq sahəsi verildi

Tanzaniya Prezidenti Con Maqufuli Afrika Millətlər Kubokunun final mərhələsinə vəsiqə qazanan milli komandanın futbolçularını mükafatlandırıb.
 
Newsport.az xəbər verir ki, ölkə rəhbəri hər bir oyunçuya 5 min dollar mükafat və torpaq sahəsi verilməsini tapşırıb. Maqufuli yığma komanda ilə görüşdə bildirib ki, futbolçular və məşqçilər bu mükafata layiqdirlər.
 
Qeyd edək ki, Tanzaniya 39 ildən sonra ilk dəfə Afrika Millətlər Kubokunun final mərhələsində iştirak edəcək. Turnir 21 iyun – 19 iyulda Misirdə keçiriləcək.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right