"Yuventus" transferi rəsmən açıqladı

Mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq Aaron Remzi karyerasını "Yuventus"da davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, uelsli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Remzi yayda Turin klubuna qoşulacaq. Klub saytının yaydığı məlumata görə, futbolçuya 3,7 milyon avro imza pulu ödənilib.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2008-ci ildə "Kardiff Siti"dən "Arsenal"a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right