Fransalı hücumçu "Qalatasaray"a gəlməkdən imtina edib

Fransanın "Lill" klubunun baş məşqçisi Kristof Qaltye yanvarda komandanın hücumçusu Loik Reminin "Qalatasaray"a transfer olmaqdan imtina etdiyini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, mütəxəssis Reminin "Qalatasaray"la danışıqlar apardığını bildirib:

"Loik bizimlə görüşdü və "Qalatasaray"dan təklif aldığını dedi. Bu barədə çox danışmadıq, çünki qərar özünə məxsus idi. Ancaq bir gün sonra bizə "Qalatasaray"a keçməkdən imtina etdiyini dedi".

"Qalatasaray" qış transfer dönəminin son günündə Kosta Mitroqlu və Mbaye Dianeni transfer edib.

Qeyd edək ki, Fransa millisində də çıxış etmiş Remi "Lion", "Nitsa", "Marsel", KPR, "Nyukasl", "Çelsi", "Kristal Pelas", "Las Palmas", "Hetafe" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right