"Fənərbağça" "Göztəpə"yə qalib gəldi

Türkiyə Super Liqasında 20-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, "Fənərbağça" evdə "Göztəpə"ni qəbul edib. Oyunda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. İstanbul təmsilçisinin "Çelsi"dən icarəyə götürdüyü Viktor Mozes debüt matçında fərqlənə bilib.

Super Liqada turnir cədvəlinə 41 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 35 xalla 2-ci, "Yeni Malatyaspor" 32 xalla 3-cü, "Konyaspor" 31 xalla 4-cüdür. "Fənərbağça" 23 xalla 12-ci, "Göztəpə" 22 xalla 13-cü pillədə qərarlaşıb.

"Fənərbağça" - "Göztəpə" - 2:0
Qollar:
 Andre Ayyu, 7, Viktor Mozes, 73
Qırmızı vərəqə: Kameron Jerom, 50 ("Göztəpə")

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right