"Liverpul"dan "Fulhem"ə keçdi

"Liverpul"da uğursuz karyera yaşayan Lazar Markoviç klubdan ayrılıb.

Newsport.az-ın məlumatına görə, serbiyalı vinger aryerasını Premyer Liqanın digər təmsilçisi "Fulhem"də davam etdirəcək. London klubunun saytı 24 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalandığını qeyd edib.

Xatırladaq ki, "Liverpul" Markoviçi 2014-cü ildə "Benfika"dan 20 milyon funt-sterlinqə transfer etmişdi. O, "qırmızılar"da cəmi 34 oyun keçirib və 4 kluba icarəyə verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right