"Fənərbağça" "Beşiktaş"ın futbolçusunu transfer etdi

"Beşiktaş"ın yarımmüdafiəçisi Tolqay Arslan klubdan ayrılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Şenol Günəş məlumat verib. Təcrübəli mütəxəssis 28 yaşlı yarımmüdafiəçinin karyerasını İstanbulun digər təmsilçisi "Fənərbağça"da davam etdirəcəyini deyib. Türkiyə mətbuatının iddiasına görə, "sarı-lacıvərdlilər" Tolqayın keçidi üçün qarşı tərəfə Şener Özbayraklı və 2,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Tolqay Arslan 2003-2009-cu illərdə Dortmund "Borussiya"sının aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. 28 yaşlı yarımmüdafiəçi "Beşiktaş"a 2015-ci ildə "Hamburq"dan keçmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right