Azərbaycanlı futbolçu 450 min avrodan imtina etdi

Aleksandr Səmədovla yolları ayırmaq istəyən "Spartak” futbolçunu razı salmağa çalışır.

Newsport.az-ın məlumatına görə, Moskva klubu Azərbaycan əsilli yarımmüdafiəçi ilə 2019-cu ilin yayına qədər olan müqaviləyə xitam vermək üçün 450 min avro təklif edib. Lakin 34 yaşlı futbolçu paytaxt klubunun bu təklifinə müsbət yanaşmayıb. Səmədov müqaviləsinin sonuna kimi "Spartak"da qalmaq niyyətindədir.

Qeyd edək ki, Səmədov Moskva "Dinamo"sunun hədəfindədir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right