Koku "Anderlext"dən imtina etdi

"Fənərbağça"dan ayrıldıqdan sonra Fillip Koku "Anderlext" klubundan təklif alıb.

Newsport.az-ın məlumatına görə, hollandiyalı mütəxəssis Belçika klubundan "Fənərbağça"dakı müqaviləsindən daha çox məvacib tələb edib. O, bonuslarla birgə mövsümün sonuna kimi 4 milyon avroya yaxın maaş istəyib. "Anderlext" Kokudan endirimə getməsi üçün danışıqları davam etsə də, 48 yaşlı mütəxəssis yekunda rədd cavabı verib. Koku mövsümün ortasında klubun "sükanı arxası"na keçmək istəmədiyini və mövsümün sonuna kimi dincəlmək istədiyini bildirib.

Qeyd edək ki, "Anderlext" öncəki baş məşqçisi Hein Vanhazbruka illik 1 milyon avroya yaxın məvacib ödəyirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right