Suşlerin "Mançester Yunayted"də ilk transfer tələbi

"Mançester Yunayted"in yeni baş məşqçi Ole-Qunnar Sulşer hücum xəttinin güclənməsini istəyir.

Newsport.az xəbər verir ki, norveçli mütəxəssis hücum xəttində alternativ saylarını artırmaq niyyətindədir. "Qırmızı şeytanlar" 45 yaşlı çalışdırıcının tələbiylə "Bornmut"a Coşua Kinq üçün 30 milyon avroluq təklif ünvanlayacaq. İddia edilib ki, Norveç millisinin üzvü sabiq klubunda çıxış etmək istəyir.

Qeyd edək ki, 26 yaşlı hücumçu bu mövsüm "gilaslar"ın heyətində 15 oyuna 5 qol vurub. Kinq peşəkar 2008-ci ildə "Mançester Yunayted"in akademiyasına keçsə də, klubda debüt edə bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right