“Beşiktaş”ın futbolçuları haqqında iddia: Səhərə qədər əyləniblər

Türkiyə Superliqasının son turunda “Kasımpaşa”ya biabırçı hesabla (1:4) uduzan “Beşiktaş”ın futbolçuları haqqında şok iddialar yayılıb. Newsport.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun futbolçuları vacib oyundan bir gün öncə səhərə qədər əylənib.

Hollandiyalı hücumçu Rayan Babelin ad gününü qeyd edən oyunçular spirtli içki də qəbul ediblər.  “Ağ-qaralar”ın üzvləri ilə yanaşı partidə “Qalatasaray”ın hollandiyalısı Rayan Donk da iştirak edib.

Daha çox əcnəbi futbolçuların qatıldığı əyləncədə adları açıqlanmayan 2-3 türk futbolçu da  olub. Hazırda klub rəhbərliyi futbolçuların adlarını dəqiqləşdirməyə çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right