Danışılmış oyunlara qarşı forum

Ukraynanın paytaxtı Kiyevdə FİFA və UEFA-nın dəstəyi, Ukrayna Futbol Federasiyasının Etika və Feyr Pley Komitəsinin təşkilatçılığı ilə “Danışılmış oyunlara qarşı” mövzusunda forum keçirilir.

Newsport.az-ın məlumatına görə, iki gün davam edəcək forumun keçirilməsində məqsəd qonşu ölkələrin nümayəndələri ilə “feyr pley” məsələləri və aidiyyatı təhqiqatların aparılması mövzusunda təcrübə mübadiləsi aparmaqdı. FİFA, UEFA, Ukrayna, Slovakiya, Latviya, Polşa, Çexiya, Gürcüstan və Litva futbol federasiyalarının nümayəndələrinin iştirak etdiyi forumda AFFA-nı UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli təmsil edir.

Forum zamanı FİFA və UEFA-nın, eləcə də federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər keçirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right