Prosineçkidən yeni xəbər

Bağırsaq problemi səbəbindən bir neçə gün öncə ikinci dəfə qarın boşlğundan əməliyyat olunan Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçkinin vəziyyəti yaxşılaşır.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssisin sabah reanimasiya şöbəsindən çıxarılacağı gözlənilir. Həkimlərin sözlərinə görə, əgər məşqçinin durumu gözlənilən kimi olsa, o, palataya köçürüləcək.

Hazırda Sarayevodakı xəstəxanalardan birində olan xorvatiyalı çalışdırıcının ölkəsinə qayıtmaq istədiyi bildirilir. Onun müalicəsini Zaqebdə davam etdirəcəyi istisna olunmur. Ancaq yenə də hər şey həkimlərin verəcəyi rəydən asılı olacaq.


Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right