UEFA Premyer Liqa klubunu stadionunda məhrum edə bilər

UEFA Rusiya MOİK-inə qarşı intizam işi açıb.

Newsport.az-ın məlumatına görə, araşdırma Çempionlar Liqasının V turunda evdə Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirilmiş oyunla bağlı aparılacaq.

Rusiya klubunun azarkeşləri sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar və icazəsiz giriblər. Bu məsələyə dekabrın 13-də baxılacaq. UEFA daha öncə klubu qrup mərhələsində "Roma" ilə hər iki matça görə cəzalandırıb və MOİK-ə bir illik sınaq müddəti təyin edib.

Bu səbəbdən, Avropa futbol qurumu komandaya digər sanksiyalar tətbiq etməklə yanaşı, ev oyunlarını "Lujniki" stadionunda keçirməkdən məhrum edə bilər. 

Qeyd edək ki, MOİK "Viktoriya"ya məğlub olub.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right