İnyesta: "Barselona" və "Real" arasındakı münasibətləri Mourinyo qızışdırırdı"

Karyerasını Yaponiyanın "Vissel Kobe" klubunda davam etdirən Andres İnyesta Joze Mourinyo ilə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, İnyesta portuqaliyalı mütəxəssisin "Real"ı çalışdırdığı dönəmlərdə İspaniya millisinə zərər vurdğunu deyib:

"Barselona" və "Real" arasındakı rəqabət hər kəsə bəllidi. Ancaq bu rəqabətdə Mourinyo ağ eləmişdi. "Barselona" tərəfə nifrət etdi və bunun arxasında gizləndi. "Barselona" - "Real" arasındakı münasibətləri Mourinyo qızışdırırdı. Onun bu hərəkətləri İspaniya millisinə də ziyan vururdu".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right