Aykut Kocaman sabiq klubuna qayıtdı

Türkiyə Super Liqasında mübarizə aparan "Konyaspor"un yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, konyalıların "sükanı arxası"na son olaraq, "Fənərbaxça"nı çalışdırmış Aykut Kocaman keçib. Kocaman bu postda istefaya göndərilən Rıza Çalımbayı əvəz edib. Onunla 2,5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Aykut Kocaman bundan əvvəl 2005-2006 və 2014-2017-ci illərdə "Konyaspor"un baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right