Ronaldo ilə şəkil çəkdirdi, Kyellinini lüt paylaşdı

İtaliya A Seriyasının 12-ci turunda "Yuventus" "Milan"ı səfərdə 2:0 hesabı ilə məğlub etdi.

Newsport.az-ın məlumatına görə, oyundan sonra baş verən hadisə sosial şəbəkələrdə geniş şəkildə yayılıb. Belə ki, meydan sahiblərinin futbolçusu Raoul Bellanova qonaqların superulduzu Kriştiano Ronaldo ilə foto çəkdirib və bunu sosial şəbəkə hesabında paylaşıb. 18 yaşlı futbolçu həyəcandan şəkilə diqqətlə baxmayıb.

Belə ki, arxada duşa lüt girən Kyellini də fotoya düşüb. Bu paylaşım izləyicilərin diqqətini çəkib. Bellanova şəkili silsə də, artıq gec idi. Foto qısa müddətdə yayılıb və izləyicilərin gülüş hədəfinə çevrilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right