"Qarabağ"ın rəqibi futbolçusuna 60 milyon qiymət qoydu

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Sportinq" yarımmüdafiəçisi Markos Akunya ilə yeni müqavilə bağlayıb.

Newsport.az xəbər verir ki, argentinalı futbolçunun müqaviləsi 2023-cü ilədək uzadılıb. 26 yaşlı oyunçunun sərbəst qalma məbləği isə 60 milyon avro təyin edilib.

Qeyd edək ki, Akunya "Sportinq"ə 2017-ci ildə Argentinanın "Rasinq" klubundan keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right