Almaniya nəhəngləri Türkiyə millisinin üzvünə göz dikiblər

"Roma"nın yarımmüdafiəçisi Cengiz Ünderin adı nəhəng klublarla hallanmaqda davam edir.

Newsport.az-ın məlumatına görə, 21 futbolçunu bu dəfə Dortmund "Borussiya"sının transfer etmək istədiyi yazılıb. Bu barədə "Corriere dello Sport" məlumat yayıb. Məlumata görə, türkiyəli futbolçunu transfer etmək üçün "Bavariya" və "Borussiya" yarışırlar.

Xəbərdə "Roma"nın Cengizi 60 milyon avrodan ucuz satmaq niyyətində olmadığı vurğulanıb.

Qeyd edək ki, Türkiyə millisinin üzvü cari mövsüm 8 oyunda 2 qol vurub, 4 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right