"Az oynadığıma görə qəzəbliyəm" - Dmitri Nazarov

Millimizin yarımmüdafiəçisi Dmitri Nazarov II Bundesliqada “Holştayn"a 2-1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 86-cı dəqiqədə oyuna daxil olaraq, 90+1-ci dəqiqədə komandasının qələbə qolunu vuran 28 yaşlı futbolçu əsas heyətdə yerini itirdiyi üçün qəzəbli olduğunu deyib: "Az oynadığıma görə qəzəblənirəm. Daha çox oynamaq və komandama kömək etmək istəyirəm. Heyətdə möhkəmlənmək üçün öz üzərimdə daha da çalışacağam. Qol vurduğum üçün xoşbəxtəm. Azarkeşlərə təşəkkür edirəm. Amma onlar bilməlidirlər ki, biz çempion ola bilmərik. Çünki şəraitimiz digər klublardakı kimi deyil".

Qeyd edək ki, “Aue” II Bundesliqanın turnir cədvəlində 9 turdan sonra 10 xalla 13-cü yeri tutur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right