"Qarabağ"ın sabiq futbolçuları Qazaxıstanda rəqib oldular

Qazaxıstan Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin üzvü Riçard Almeydanın şərəfini qoruduğu “Astana” “Aktobe”yə 2-1 hesabı ilə qalib gəlib.

Almeyda sonadək ehtiyatda qalıb. "Aktobe"nin heyətində çıxış edən sabiq "Qarabağ"lı Reynaldo Silva isə 90 dəqiqə meydanda olub. Ağdam klubunda ötən mövsüm oynayan Pedro Enrike isə 61-ci dəqiqədə meydana daxil olub. "Astana" Enrikenin oyuna qoşulmasından bir dəqiqə sonra qələbə qoluna imza atıb.

"Astana" Premyer Liqanın turnir cədvəlinə 70 xalla başçılıq edir. "Kayrat" 10 xal geri qalaraq, 2-cidir. 36 xalı olan "Aktobe" isə 6-cı pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right