Millimizin üzvü 90 dəqiqə oynadı

Milli komandamızın üzvü Pavel Paşayev “Aleksandriya”nın heyətində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi Ukrayna Premyer Liqasının 11-ci turunun "Çernomorets"lə ev oyununda 90 dəqiqə meydanda olub. O, 41-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Görüşdə "Aleksandriya" 3:2 hesabı ilə qalib gəlib.

 

"Aleksandriya" - "Çernomorets" - 3:2
Qollar:
 Hraçov, 18 (0:1), Kovalets, 44 (1:1), Şastal, 56 (2:1), Banada, 70 (3:1), Tatarkov, 80 (3:2)

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 22-yə yüksəldən “Aleksandriya” 3-cü pillədəki yerini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right