"Mançester Yunayted" Zidanla danışıqlara başladı

"Mançester Yunayted” Joze Mourinyo ilə yollarını ayırmağa hazırlaşır.

Newsport.az-ın məlumatına göə, uğursuz nəticələrə görə portuqaliyalı mütəxəssisin işindən narazı qalan klub rəhbərliyi artıq ona əvəzləyici tapıb. “Qırmızı şeytanlar”ın “Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidanla danışıqlara başladığı iddia olunur. Fransalı mütəxəssisin hazırda Londonda olduğu və ingilis dilini öyrəndiyi bildirilir.

Qeyd edək ki, son oyunda “Vest Hem”ə 1:3 hesabı ilə uduzan “Mançester Yunayted” 7 turdan sonra 10 xalla 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right