Rüfət Dadaşov het-trikindən danışdı: "İstədiyim tempə düşürəm"

"Yavaş-yavaş komandaya uyğunlaşıram. İstədiyim tempə düşürəm".

Newsport.az saytının məlumatına görə, bu sözləri Almaniya III Bundesliqasında çıxış edən "Proyssen"də oynayan millimizin sabiq hücumçusu Rüfət Dadaşov deyib. 27 yaşlı forvard çempionatın 9-cu turunda  "Hanza"ya 4-1 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib. Dadaşov işlərin qaydasına düşdüyünü bildirib: "Qollara görə sevinirəm. Çempionatda oyunum yaxşıya doğru gedir. III Liqaya alışmaq üçün bir az zamana ehtiyac var idi".

Qeyd edək ki, Dadaşov III Bundesliqada 9 oyuna 5 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right