“Arsenal”la müqavilədən imtina etdi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərə "Arsenal"ı futbolçusu Aron Remsi ilə müqavilənin uzadılması barədə razılığa gələ bilməyib.

Newsport.az xəbər verir ki, London təmsilçisi 28 yaşlı yarımmüdafiəçiyə 5 illik müqavilə ilə yanaşı həftəlik 280 min avro təklif edib.

Uelsli oyunçunun yeni müqaviləni rədd etməsinin səbəbi "Arsenal"ın icraçı direktoru İvan Qazidisin komandadan ayrılma ehtimalının olmasıdır.

Qeyd edək ki, Aron Remsi 2008-ci ildən "Arsenal"da çıxış edir. O, ötən mövsüm "topçular"ın heyətində 24 Premyer Liqa oyununda 7 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right