“Dibala qışda “Yuventus”dan ayrılacaq”

İtaliyanın “Palermo” klubunun sahibi Mauritsio Dzamparini “Yuventus”un futbolçusu Paulo Dibalanın komandanı tərk edəcəyinə əmindir.

Newsport.az-ın xəbərinə görə, o, “Football İtaia”ya açıqlamasında  argentinalı hücumçunun qışda Turin klubundan gedəcəyini bildirib: “Hər dəfə Dibalanı ehtiyatda görəndə məni ağlamaq tutur. O, Alleqriyə görə ehtiyatda qalır. “Yuventus”da fenomenal məşqçi olmaq asandır. Alleqri gəlsin, “Palermo” ilə çempion olsun. 

İki il əvvəl Dibalaya İspaniyaya getməyi məsləhət bildim. Əminəm ki, qışda gedəcək”.

Qeyd edək ki, Dibala 2015-ci ildə “Palermo”dan “Yuventus”a keçib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right