“Qarabağ”ın rəqibi Pavel Paşayevin klubuna 5 qol vurdu

Ukraynanın “Vorskla” klubu yoxlama oyunu keçirib.

Newsport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan Poltava təmsilçisi Ukrayna Premyer Liqasının digər iştirakçısı, milli komandamızın müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” ilə qarşılaşıb.

Qarşılaşma kifayət qədər məhsuldar alınıb. Belə ki, 90 dəqiqə ərzində tərəflər 9 qola imza atıblar. Qələbəni isə “Qarabağ”ın rəqibi bayram edib. Dörd qolun hamısını ilk yarıda buraxan “Vorskla”nın heyətində Vladislav Kulaç (21), Kareka (25), Vladimir Odaryuk (55), Yuri Kolomoyets (75) və Maryan Misik (84) fərqlənib.

“Qarabağ” “Vorskla”ya qarşı ilk oyununu oktyabrın 25-də Bakıda, cavab görüşünü isə noyabrın 8-də səfərdə keçirəcək

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right