“Qarabağ”ın futbolçusu İsrail üzərində qələbəyə sevindi

Futbol üzrə Albaniya yığması UEFA Millətlər Liqasında ilk matçına çıxıb.

Newsport.az saytının məlumatına görə, “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu bu komanda doğma meydanda İsraillə qarşılaşıb. C Liqasında 1-ci qrupda yer alan komandaların dueli albanların qələbəsi ilə başa çatıb - 1:0.

Aqolli bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Albaniya yığması növbəti matçını sentyabrın 10-da səfərdə Şotlandiyaya qarşı keçirəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right