Ayaz Quliyev ayın ən yaxşısı seçildi

Rusiya Premyer Liqasında çıxış edən “Rostov”un avqust ayında ən yaxşı futbolçusunun adı məlum olub.

Newsport.az-ın məlumatına görə, azarkeşlər hər oyundan sonra klubun saytında futbolçuların çıxışını qiymətləndiriblər. Nəticədə ötən ay ərzində fanatlardan ən yüksək xal alan Ayaz Quliyev “Rostov”un avqustda ən yaxşı oyunçusu seçilib.

Azərbaycanlı futbolçudan sonra ilk üçlükdə qapıçı İlya Abayev və müdafiəçi Aleksey İnonov qərarlaşıblar.

Ayaz 6 turdan sonra 1 qol vurub və 1 assist edib. Quliyev Rusiyanın U-21 millisinə də dəvət alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right