Sabiq "Fənərbaxça"lı "Qalatasaray" yolunda

Türkiyəni ÇL-in qrup mərhələsində təmsil edəcək "Qalatasaray" növbəti transferinə yaxındır.

Newsport.az-ın məlumatına görə, İstanbul nəhəngi "Sevilya"nın müdafiəçisi Simon Kyaeri rənglərinə bağlamağa hazırlaşır. "Fanatik"in məlumatına görə, Danimarka millisinin üzvü əndəlüsiyalılardan 1 illik icarəyə götürüləcək. Keçidin tezliklə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2015-2017-ci illərdə "Fənərbaxça"da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right