"Azərbaycanla oyunundan yaxşı nəticələrlə ayrılacağıq" - Maltanın baş məşqçisi

"UEFA Millətlər Liqasının startını səbirsizliklə gözləyirəm. Çox maraqlı turnir olacaq".

Newsport.az saytının məlumatına görə, bu sözləri Malta millisinin baş məşqçisi Ray Farruciya deyib. 62 yaşlı mütəxəssis Millətlər Liqasında Farer adaları və Azərbaycanla qarşılaşacaqları oyunlar haqda danışıb. Təcrübəli mütəxəssis açıqladığı heyəti şərh edib: "Heyətə kifayət qədər gənc futbolçu çağırdır. Onlar təcrübəli oyunçularımızla birgə yaxşı komanda quracaqlar. Onlar Andre Şembri, Maykl Mifsud, Andrey Koen və Roderik Briffa kimi futbolçuların yolu ilə getməlidirlər".

Farruciya Millətlər Liqasına uğurlu start verə biləcəklərinə inandığını deyib: "Özünüz də bilirsiniz ki, mən həmişə müsbət düşünürəm. Ürəkdən inanıram ki, Farer adaları və Azərbaycanla oyunlardan yaxşı nəticələrlə ayrılacağıq. Bütün heyətimiz oyunlara ciddi yanaşır. Mənim üçün ən vacib olan budur. Mümkün nəticəyə nail olmaq üçün çox çalışmalıyıq. Milli komanda mənim üçün hər şey deməkdir. Əlimizdən gələni edəcəyik ki, turnirdə yaxşı çıxış edək".

Qeyd edək ki, Malta millisi sentyabrın 7-də Farer adalarnın qonağı olacaq. Kollektiv sentyabrın 10-da Azərbaycan millisini qəbul edəcək. Ta Qali Milli stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right